`Biz sağlam millətik` - Səlim Müslümov


15:10     01 Dekabr 2017 selim%20m.jpg

"Azərbaycan əhalisinin 6 faizinin sağlamlıq imkanları məhduddur, bu, dünyada çox aşağı göstəricilərdən biridir".


Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.

O bildirib ki, ümumiyyətlə Azərbaycan əhalisi sağlam əhalidir: "Bizim millət sağlam millətdir. Azərbaycan əhalisi nisbətən gənc əhalidir. Azərbaycanda əlilliyi olan şəxslərin çoxu torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində xəsarət alanlardır".

Femida.az

Açar sözlər:

Oxunub: 627